- 24 mart, 17:15
- 760 dəfə oxunub
- 0
Biləsuvarda bu təşəbbüsə qoşulan bələdiyyələr artır
“Bilesuvarinfo” xəbər verir ki, hazırda Biləsuvar şəhərində ( H. Aslanov küçəsində ) və Ovçubərə, Dərvişli, Nəsimi, Əliabad, Ağayrı, Aşağı Cürəli kəndlərində mərkəzi küçələrə işıqlandırma sistemləri çəkilir.
İşıqlandırma sistemi quraşdırılan küçələrdə günün axşam vaxtlarında həm insanlarımızın, həm də nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkət etməsinə şərait yaradılıb. Sakinlərin bələdiyyələrə yaranmış vergi borcları ödənilməklə, davamlı olaraq kəndlərin digər küçələrinin işıqlandırılması planlaşdırılıb.
Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, bələdiyyələrin illik tədbirlər planında icrası nəzərdə tutulan tədbirlərdən biri kəndlərdə küçələrə işıqlandırma sistemlərinin quraşdırılmasıdır. Kəndlərdə yollara gecə işıqlarının quraşdırılması ilə bağlı irəli sürülən bu təşəbbüsə ilk qoşulan: Əsgərabad Bələdiyyəsi və ardınca Bəydili Bələdiyyəsi olub.