- 9 mart, 17:04
- 688 dəfə oxunub
- 0
Bəydili kəndi də bu çağırışa qoşuldu
Piyadaların təhlükəsiz hərəkəti üçün önəmli bu işin Bəydili kəndində də görülməsinə başlanılıb. “Bilesuvarinfo”ya Bəydili Bələdiyyəsindən bildirililib ki, bu nəcib təşəbbüs artıq kəndimizdə reallaşdırılır. M. Hüseyn küçəsində 90 ədəd müsir işıqlandırma sistemi quraşdıraraq, yolun 2.8 kilometrlik hissəsini tam işıqlandırmışıq: “İşıqlandırma sistemi quraşdırılan küçədə günün axşam vaxtlarında insanlarımızın təhlükəsiz hərəkət etməsinə şərait yaradılıb. Sakinlər görülən işin əhəmiyyətindən məmnun qalıb və bələdiyyəyə yaranmış vergi borclarını ödəməklə, davamlı olaraq kəndin digər küçələrinin işıqlandırılması qərara alınıb.”
Qeyd edək ki, piyadaların, həm də nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkət etməsini təmin etmək məqsədilə görülən bu iş Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, rayonda bələdiyyələrin illik tədbirlər planına da salınıb.