
“Bilesuvarinfo” xəbər verir ki, bələdiyyə kəndin mərkəzi küçəsində 5 kilometr məsafədə yolun işıqlandırılmasını təmin edib. Yol kənarlarında işıqlandırma sistemlərinin quraşdırılması xüsusilə gecə saatlarında piyadaların təhlükəsiz hərəkəti üçün əhəmiyyətli olub. Kənddə bu məqsədlə görülən işlərlə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri və Əsgərabad kəndinin aktivləri tanış olub.

Əsgərabab bələdiyyəsinin sədri Mirəşrəf Mirsultanov bildirib ki, kənd sakinləri arasında aparılan söhbətlərdə görüləcək işin əhəmiyyəti diqqətə çatdırılıb və nəticədə sakinlərimiz bələdiyyəyə yaranmış vergi borclarının müəyyən hissəsini ödəməsi bu işləri görməyə şərait yaradıb: “Kəndin bütün küçələrində işıqlandırmanı təmin etməyi qarşımıza məqsəd olaraq qoymuşuq. Bundan əlavə, kənd qəbristanlığa gedən yola asfalt üzlük çəkilib, işıqlandırılması təmin edilib. Kəndin məscidində abadlıq və təmir işləri aparılıb.”
Tədbirdən sonra kənd qəbristanlığına gedən yolun asfaltlaşdırılmasına və məsciddə görülən abadlıq işlərinə baxış keçirilib.






