» » Biləsuvar - Şuşa yolunun ətrafına 30000 tut tingi əkilir


Biləsuvar - Şuşa yolunun ətrafına 30000 tut tingi əkilir


Biləsuvar rayonu ərazisində yeni tut bağı salınır. 

"Bilesuvarinfo" 
xəbər verir ki, bu məqsədlə “Su qıtlığından əziyyət çəkən həssas qrupların yeni təsərrüfat sahəsi vərdişlərinə yiyələnməsi və iqtisadi güclənmə” layihəsinə başlanılıb. Layihənin məqsədi hədəf  icmalarda dayanıqlı təsərrüfat ənənələrinə əsaslanan baramaçılığa dair biliklərin artırılması, baramaçılığın inkişafı vasitəsi ilə aztəminatlı qadınların işlə təmin olunması və gəlir əldə etmək imkanına nail olmasıdır. 

Qeyd edək ki, "Biləsuvar Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi"nin bu layihəsi (Natəvan Əzizovanın müəllif olduğu) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə tərəfdaşlıq, Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində  30000 ədəd tut tinginin əkilməsinə Biləsuvar – Şuşa yolunun ətrafında başlanılıb. 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR