Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Şəhid Teymur Abdullazadənin bacısının toyu oldu


Şəhid Teymur Abdullazadənin bacısının toyu oldu

30 dekabr 2022, Cümə
1 708
0
Bu gün Biləsuvar rayonunda şəhid Teymur Abdullazadənin bacısının toy məclisi keçirilib.

“Bilesuvariinfo” xəbər verir ki, Nur şadlıq sarayında keçirilən məclisdə, rayon rəsmiləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak edib.    
 
Məclis Azərbaycanın Dövlət himni ilə başladı, sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Biləsuvar Rayon İcra Hakimiyyətinin başcısı Faiq Qürbətov ailə həyatı quran bəy və gəlinin valideyinlərinə gözaydınlığı verib, çütlüyə xoşbəxtlik, möhkəm ailə səadəti və can sağlığı arzu edib. Bildirilib ki, dövlət tərəfindən şəhid ailələrinə və qazilərimizə diqqət və qayğı  yüksək səviyyədə həyata keçirilir. Şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əldə etdiyimiz Zəfərə görə onlara borcluyuq: “İstər şəhid ailələrinin, istərsə də qazilərimizin daim yanındayıq, onların sevincinə şərik olub, kədərlərinə üzülürük.”
 
Şəhidin atası Faiq Abdullayev gələn qonaqlara öz təşəkkürünü bildirdi. Şəhid ailələri və digər qonaqlar gənclərə xeyir dua verib.

Qeyd edək ki, rayonun Günəşli kəndindən olan şəhid Teymur  Abdullazadə əkiz qardaşı Seymurla birgə Vətən Müharibəsində qəhrəmancasına döyüşüb. Suqovuşan uğrunda qanlı döyüşdə qardaşlardan biri şəhid, digəri isə qazi olub.
Müzakirə edin

Həmçinin oxuyun:

Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan