- 19 dekabr, 13:58
- 813 dəfə oxunub
- 0
“Artıq 2000 abonentin nömrəsini əzbərdən bilirəm”
Bəli, öz peşəni sevən üzərinə düşən vəzifəni vicdanla yerinə yetirir. Biləsuvar rayonunda, öz işində nümunəvi xidmətə görə çoxlarına yaxından tanışdır - İldırım Qasımov!. Adətən, sakinlərin rabitə mövzusunda müraciətləri yarandıqda “İldırıma zəng vurmaq” qənaətinə gəlirlər. Əlbətki bu əbəs yerə deyil, o, son 30 ildə, fasiləsiz olaraq ömrünü bu sahəyə sərf edib.
1991- ci ilin iyununda Biləsuvar Telekomnukasiya Qovşağında əməliyyatçı vəzifəsini icra edən, peşəsində sevə-sevə çalışan İldırım Qasımov bütün fəaliyyəti dövründə sakinlərin hörmət və ehtiramına layiq olub. “Fəaliyyətimdə mənə ruh verən insanların doğma münasibətidir” deyən İ.Qasımov abonentlərdən birinin dediyi fikri belə xatırlayır: “ Əmi, mənim 3 yaşımda telefonumuz işləməyəndə atam sənin adını çəkirdi, indi 33 yaşım var, bu yenə belədir.”
“ 25 müdürlə işləmişəm, indikindən fərqli olaraq üzərimizə daha çox iş düşürdü: pensiya və müavinətlərin ödənişində iştirak edirdik, kommunal ödənişləri qəbul edirdik, ən son vaxtlaradək rabitə xidmətinə görə ödənişlər qovşağda qəbul edilirdi. Hər bir abonenti, bu ailələrdə yaşayan insanları özümə doğma bilmişəm, qarşılıqlı hörmət göstərilirib. Bu illərdə onlarla işləmək hər kəsi mənə yaxın edib. Artıq Biləsuvar şəhərində olan 2000 nəfər abonentin nömrəsini əzbərdən bilirəm.” Bunları deyən İldırım Qasımov fəaliyyəti dövründə heç bir nöqsanı olmayıb. Nümunəvi xidməti bir fəxri fərmanla qiymətləndirilməsə də, yenə ruhdan düşməyib. Deyir ki, fəaliyyətimdə mənə ruha verən insanların doğma və səmimi münasibəti olub.
O, içtimai-siyasi fəaliyyətdə də öncüllərdəndir. YAP Biləsuvar rayon təşkilatında (1998-ci ildən partiyanın üzvüdür) təbliğat qurupunun üzvlərindən olub. 1990-cı illərin əvvələrində ölkəmizdə hakimiyyətsizlikdən istifadə edən başıpozuq dəstələrin rayonda at oynatmasına şahidlik edən İldırım deyir ki, evə işdən evə gedib-gəlməkdə belə çətinlk çəkirdik. Qovşağda da gəlib oturan qoçular öz qanunları ilə rayonu idarə etmək istəyirdi: “ Əqidəm, məsləkim hər zaman dəyişməz, dövlətətçiliyə, xalqıma xidmət göstərmişəm.”
Qeyd edək ki, İldırım Səyədxan oğlu Qasımov 1962 - ci ilin 7 yanvarında Biləsuvar şəhərində anadan olub. Orta məktəbdə təhsilini başa vurub, hərbi xidmətə yola düşüb. 1984-ci ildə hərbi xidmətdən geri dönən İldırım Qasımov Biləsuvar Quşçuluq fabrikində 8 il çalışdıdan sonra, bu günədək Biləsuvar Telekomnukasiya Qovşağında çalışır. 1 oğul, iki qız atasıdır.
Surxay Şahbazov