- 5 noyabr, 17:05
- 427 dəfə oxunub
- 0
“Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan!”
"Bilesuvarinfo" xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun köməkçisi Əfsun Əlizadə, şəhid ailələri, qazilər, liseyin pedaqoji kollektivi və şagirdləri iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla başlayıb.
“Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan!” adlı tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, kompleksin icraçı direktoru Aqşin Bağırov və II Qarabağ müharibəsi iştirakçısı, kompleksin Azərbaycan dili müəllimi Elçin Səfərov çıxış edərək Vətən müharibəsində tarixi qələbəmizdən, Zəfər Gününün şanlı bir tarix səhifəsi olmasından söz açıb.
Çıxışlardan sonra “Dastan yazanlar” adlı tamaşa, həmçinin liseyin müəllim və şagird kollektivi hazırladığı digər ədəbi - bədii yaradıcılıq nümunələrini təqdim edib.