
“Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyasında Biləsuvar - Cəlilabad avtomobil yolunun Biləsuvarın Aşağı Cürəli kəndi ərazisindən keçən hissəsində yeni salınan meşə massivinə 17000 ədəd ağac əkilib.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək aksiya iştirakçılarına bu cür xeyirxah işə qoşulduqlarına görə təşəkkür edib. O, Zəfər günü münasibətilə keçirilən bu tədbirin əsas məqsədinin ölkəmizdə ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması və ekoloji təhlükəsizliyin təmin edilməsinə töhfə vermək olduğunu bildirib.
Aksiyada əkilən ağacların mühafizəsi və vaxtlı-vaxtında suvarılması ilə bağlı əlaqədədar qurumlara ciddi tapşırıqlar verilib.

































