» » "Peşə təhsilinin stimullaşdırılmasına dəstək" layihəsinin ilk təlimi keçirilib


"Peşə təhsilinin stimullaşdırılmasına dəstək" layihəsinin ilk təlimi keçirilib

31 oktyabr 2022-ci il tarixdə Biləsuvar rayonunda yerləşən M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksində Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyinin "Peşə təhsilinin stimullaşdırılmasına dəstək" layihəsinin ilk təlimi keçirilib.

"Bilesuvarinfo" xəbər verir ki, tədbirdə layihə rəhbəri Ülvi Həzizadə, layihənin eksperti və Biləsuvar Peşə liseyinin direktoru Əliheydər Əlifli, Gənclər və İdman İdarəsinin nümayəndəsi Mülazim Rzayev, layihənin təlimçisi İsmayıl Ağacanlı və şagirdlər iştirak edib. 

İlk öncə çıxış edən layihə rəhbəri Ü.Həzizadə layihənin əhəmiyyəti və təşkilatın regionda göstərdiyi fəaliyyət barədə tədbir iştirakçılarına geniş məlumat verib. 

Daha sonra çıxış edən ekspert Ə.Əlifli layihənin gənclərin peşə seçimi və karyera inkişafında uğurlu olacağını bildirmiş və rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi M.Rzayev keçirilən layihəyə müsbət rəy bildirirək, layihənin gedişatına uğurlar arzulayıb.

Çıxışlardan sonra təlimçi İsmayıl Ağacanlı tərəfindən peşə təhsili ilə bağlı düzgün maarifləndirmə, müasir peşə texnologiyaları və STEAM dərsləri mövzularında təlimlərə start verilib. Gənclərin karyera inkişafı ilə bağlı müzakirələr aparılmışdır.

Bildiririk ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik qrant müsabiqəsində qalib olan "Peşə təhsilinin stimullaşdırılmasına dəstək" layihəsinin sentyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulub. 

Layihənin əsas məqsədi regionlarda (Biləsuvar, Cəlilabad, Astara və Salyan rayonlarında) peşə təhsilinə  marağın artırılması ilə bu sahədə bacarıqlı gənclərin peşələrə yiyələnməsini təmin etmək, peşə ixtisasına yiyələnmək istəyənləri müasir texnologiyalarla tanış etmək, həmçinin regionlarda savadsızlığın qarşısını almaq və bu yolla işsizliyin azaldılmasına nail olmaqdır.

Təlimdə iştirak edən gənclərə müvafiq sertifikatlar təqdim olunmuşdur.

Bildiririk ki, təlimlərin növbəti mərhələsi noyabr ayında Cəlilabad, Astara və Salyan rayonlarında keçiriləcəkdir.


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR