- 28 oktyabr, 15:26
- 759 dəfə oxunub
- 0
Həmyerlimiz növbəti dəfə məktəblilərə dəstək oldu
"Bilesuvarinfo" xəbər verir ki, onun
kampaniyası çərçivəsində 5 ailənin azyaşlı övladına (Biləsuvar şəhər 2 saylı tam orta məktəbdə oxuyan) çanta, qələm, dəftərlər, kitablar və digər zəruri ləvazimatlar təqdim edilib.
Kamran Kamranlı bu addımı təhsilə dəstək məqsədilə mütəmadi olaraq etdiyini bildirib: “ Davamlı olaraq təhsilə marağı olan uşaqlarla görüşür, onların ehtiyacı olan ləvazimatlarla təmin etməyə çalışıram.”
Qeyd edək ki, K. Kamranlı vaxtilə Biləsuvarda “Gəncliyə dəstək, təhsilə qayğı” layihəsini həyata keçirməklə, əsasən rayonun kəndlərində yaşayan aztəminatlı ailələrlə dəstək olub. Layihənin məqsədi vətəndaşlar tərəfindən istifadə olunmayan kitablar və digər məktəb ləvazimatlarının toplanaraq ehtiyacı olan uşaqlara paylanılması olub. Bundan başqa vaxtilə rəhbərlik etdiyi tədris mərkəzində bir çox şagirdin ali məktəbə ödənişsiz şəkildə hazırlaşmasına dəstək olub. Layihə 2 il davam edib və bu müddətdə lazımı tədris vəsaitlərlə təmin olununan onlarla uşaq mərkəzdə bilik və bacarıqlarını artırıb.