“Azərbaycan Bayrağı” ordenli şəhid Elmar Mirzəyev anılıb
 Bu gün Vətən Müharibəsində böyük igidlik göstərərək şəhidlik zirvəsinə ucalan  Elmar Mirzəyevin anım günüdür.
Bu gün Vətən Müharibəsində böyük igidlik göstərərək şəhidlik zirvəsinə ucalan  Elmar Mirzəyevin anım günüdür."Bilesuvarinfo" xəbər verir ki, baş leytenant Elmar Mirzəyevin şəhadətinin ikinci ildönümü rayonun Ağalıkənd kəndində qeyd olunub. Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov və Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşı Ziya Qurbanlı və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidimizin əziz xatirəsi ehtiramla anılıb, valideyinlərinə və doğmalarına başsağlığı verilib.
 Qeyd edək ki, Elmar Şahin oğlu Mirzəyev  1995 -ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı olan Elmar Mirzəyev Vətən müharibəsində Murovdağ, həmçinin Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub. O, 2020 - ci ilin  oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub. 16 oktyabrda doğulduğu Ağalıkənd kəndində dəfn olunub.
Qeyd edək ki, Elmar Şahin oğlu Mirzəyev  1995 -ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı olan Elmar Mirzəyev Vətən müharibəsində Murovdağ, həmçinin Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub. O, 2020 - ci ilin  oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub. 16 oktyabrda doğulduğu Ağalıkənd kəndində dəfn olunub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə baş leytenant Elmar Mirzəyev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!

 
	Müzakirə edin
	Həmçinin oxuyun:
				
				Şərhlər (0)
			
			
	İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
			
		    
		Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.



 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Türkiyə
Türkiyə Pakistan
Pakistan İsrail
İsrail Azərbaycan
Azərbaycan