» » ELAN - Texniki baxışdan keçməyən texnika mülkiyyətçiləri və sahibkarların nəzərinə


ELAN - Texniki baxışdan keçməyən texnika mülkiyyətçiləri və sahibkarların nəzərinə


Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında” Nümunəvi Əsasnamənin 1.4-cü bəndinə əsasən Respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqularına (yarımqoşqularına) dövlət texniki baxışı ildə bir dəfə həyata keçirilir.

Əks halda illik texniki baxış müddəti 20 gün keçən hər bir texnikaya İnzibati Xətalar məcəlləsinin 340.1-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə texnikanı dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş texnika icarə müqaviləsi (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə görə -fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində” cərimə ediləcəksiniz.

Texniki baxış zamanı texnika ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir.
      1.Texnikanın qeydiyyat şəhadətnaməsi
      2.Sürücülük vəsiqəsi
      3.Sağlamlıq haqqında arayış
      4.Texniki baxışa görə dövlət rusumunun ödənilməsi haqqında qəbz. (15 manat)
      6.Siğorta şəhadətnaməsi.

      Dövlət texniki baxışın vaxtında və keyfiyyətlə keçirilməsi və əlavə məlumat üçün Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki Nəzarətin Təşkili üzrə baş məsləhətçisi Əskərov Rəşadət Fərhad oğlu ilə əlaqə saxlaya bilərsiniz.
Telefon: (050)6786599

         Biləsuvar DAİM
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR