» » İsmətli kəndində partiya fəalları ilə görüş olub


İsmətli kəndində partiya fəalları ilə görüş olub

.YAP Biləsuvar rayon təşkilatı rayonun İsmətli kəndində partiya fəalları ilə görüş keçirib.

"Bilesuvarinfo"
xəbər verir ki, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlının iştirak etdiyi görüş İsmətli kənd qəbristanlığında dəfn edilmiş şəhidlərin məzarları ziyarətinən sonra baş tutub.

İsmətli kəndində açıq məkanda baş tutan görüşdə çıxış edən təşkilat sədri iştirakçıları salamladıqdan sonra ölkəmizdə və regionumuzda baş verən hadisə və proseslərdən, Yeni Azərbaycan Partiyasının VII qurultayından sonrakı dövrdə görülmüş işlərdən, qarşıda duran vəzifələrdən, Respublikamızın Prezidenti, YAP sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin fəaliyyətindən, Vətən müharibəsindəki tarixi qalibiyyətdən sonra yürüdülən siyasətdən, diplomatik qələbələrdən danışmışdır. Biləsuvar rayonunda və İsmətli kəndində mövcud ictimai-siyasi vəziyyət, görülmüş işlər, həlli vacib olan bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdı

Qarşılıqlı səmimi diskussiya şəraitində keçən tədbirdə kənd sakinləri öz fikir və mülahizələrini iştirakçıların diqqətinə çatdırmışlar. İştirakçılar arasındakı maraqlı diskussiyada bir sıra təkliflər səsləndirilmiş, mövcud olan bəzi çətinliklər barədə danışılmış, ölkəmizin inkişafı naminə həyata keçirilən daxili və xarici siyasətin dəstəklənməsinin hər bir kəsin vətəndaşlıq borcu olduğu vurğulanmışdır.

Tədbirdə Partiya fəalları ilə keçirilən görüşlərin əhəmiyyəti vurğulanmış, gələcəkdə də bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətli olacağı bildirilmişdir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR

Biləsuvar DAİM-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Biləsuvar DAİM-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Biləsuvar DAİM-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib