» » » Vətən müharibəsi qazisi Tibb Universitetinə qəbul olub


Vətən müharibəsi qazisi Tibb Universitetinə qəbul olub

Vətən Müharibəsi qazisi Səbuhi Xammədov Tibb Universitetinə qəbul olub.

“Bilesuvarinfo” xəbər verir ki, o, Azərbaycan Tibb Univeristetinə "Travmatologiya və ortopediya" ixtisası üzrə qəbul olub. Univeristetin rezidentura mərhələlərindən və ixtisas seçimi müsabiqəsindən uğurla keçən S. Xammədov ilk tibbi təhsilini Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində alıb.

Xammədov Səbuhi Ərşad oğlu 1995-ci ildə Biləsuvar rayon Nərimankənd kəndində anadan oub. Orta təhsilini Şirin Yolçu oğlu adına Nərimankənd kənd orta məktəbində, ardınca Biləsuvar rayon Mubariz İbrahimov adına bağça-məktəb-lisey Kompleksində təhsil alıb. 2012-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə qəbul olub.

 2018-ci ildə tibb xidməti leytenantı alaraq Qusar rayonu 651 nömrəli hərbi hissəsinə həkim-terapevt təyin edilən S. Xammədov Vətən müharibəsində Tabor tibb məntəqə rəisi kimi fəaliyyət göstərib, Füzuli rayonu uğrunda gedən döyüşlərdə yaralanıb. "Füzulinin azad olunmasına görə", "Hərbi xidmətdə fərqlənməyə görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalları ilə təltif olunub.  2021-ci ildə yaralmağımla əlaqədar ordu sıralardan təxris olub, 2-ci dərəcəli əlilik təyin edilib.
Qeyd edək ki, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov  öz Facebook səhifəsində Xalid haqqında danışarkən demişdir :” Səbuhi II dərəcəli müharibə əlili kimi səhhətində ciddi narahatlıqlarına, fiziki ağrılarına baxmayaraq bir neçə ay idi ki, rezidentura imtahanlarına hazırlaşırdı. Dünən imtahanda uğur qazanaraq, "Travmatologiya və ortopediya" ixtisası üzrə Azərbaycan Tibb Univeristetinə qəbul olunması xəbərini Milli Məclisdə mənimlə bölüşdü. Səbuhi bu uğuru ilə bütövlükdə hər kəs üçün bir nümunə ortaya qoydu. Göstərdi ki, Vətənə xidmət müharibədə iştirakla məhdudlaşmır, Vətən qarşısında o xidmət daha da qiymətlidir ki, sonra da davam etsin. Səbuhi sağlamlıq və yaddaş problemlərinə baxmayaraq rezidenturaya daxil olmaqla bir daha layiqli vətəndaş olduğunu, müharibədən sonra da ixtisaslı həkim kimi Vətənə xidmət əzmini ortaya qoydu.

Böyük uğuru münasibətilə gənc dostumu təbrik edir, təhsilində, fəaliyyətində uğurlar arzulayıram.”
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR