» » » Vətən Müharibəsi şəhidi Alim Yoldaşovun 26 yaşı tamam oldu


Vətən Müharibəsi şəhidi Alim Yoldaşovun 26 yaşı tamam oldu

Bu gün şəhidlik zirvəsinə ucalan Alim üçüncü ildirki, ad gününü cənnətdə qeyd edir. 

"Bilesuvarinfo" xəbər verir ki, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, şəhid valideyinləri rayonun Nəsimi kəndində Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalmış Şəhid Yoldaşov Alim Mirzə oğlunun anadan olmasının 26-cı il dönümü münasibətilə ailəsini ziyarət edib.

Görüşdə şəhidin  şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib və şəhid ailəsinin qayğıları ilə maraqlanılıb. Daha sonra kənd qəbirstanlıqında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Şəhidin valideyini göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Şəhid Yoldaşov Alim Mirzə oğlu 08 mart 1997-ci ildə  rayonun Nəsimi kəndində anadan olub. Vətən müharibəsinə könüllü qoşulan Alim Füzuli istiqamıtində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, ölümündən sonra "Vətən uğrunda",  "Füzulinin azad olunmasına görə"  və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan