» » 21 yaşlı xanım müəllimi maşın vurdu


21 yaşlı xanım müəllimi maşın vurdu

Biləsuvar rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

“Bilesuvarinfo” xəbər verir ki, hadisə Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində, mərkəzi bazarın qarşısında baş verib.

Belə ki, “Hyundai” markalı minik avtomobili Bağbanlar kənd sakini, 2001-ci il təvəllüdlü, müəllim Rzazadə Rəvanə Abdulkərim qızını vurub. İlkin məlumata görə, piyadanı vuran minik avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. 

Hadisə yerinə gələn təcili tibbi yardım maşını xəsarət alan piyadanı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Müxtılif dərəcəli bədən xəsarətləri alan yaralının durumu qənaətbəxş qiymətləndirilir.


Qeyd edək ki, xəsarət alan piyada Biləsuvar RMX-nın qəbul şöbəsinə gətirildikdən sonra, burda gərginlik yaşanıb. Xanım R. Rzazadənin valideynləri qızlarına tibbi yardımın - müayinə və müalicəsinin yubadılmasından narahatçılıq keçirib. Yaralının atası Abdulkərim Rzayevin sözlərinə görə, təcili yardım maşını hadisə yerinə gec gəlib, qəbul şöbəsində yerləşdirildikdən 1 saat sonra, irad və təkidli tələblərimdən sonra, həkimlər gəlib yaralının müayinələrin aparıb.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan