Əsgər görüşünə gedənlər "Qanlı dairə"də qəzaya düşdü - FOTOLAR

"Bilesuvarinfo" xəbər verir ki, hadisə Biləsuvar - Bəhramtəpə avtomobil yolunun Biləsuvar şəhərindən keçən hissəsində, "Qanlı dairə" adlanan ərazidə qeydə alınıb.
Belə ki, qəza zamanı "Biləsuvar MTK" ya məxsus, Xırmandalı kənd sakini, 1997-ci il təvəllüdlü Elnur Əsədovun idarə etdiyi traktorla "Mercedes" markalı minik avtomobili toqquşub.
Qəzada xəsarət alan minik avtomobilinin sürücüsü və 4 nəfər sərnişini Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların Xəsarətləri yüngül qiymətləndirilir.
Məlumata görə, minik avtomobilində olanlar, Goranbay və Yevlax rayonun sakinləridir, əsgər yanına gedirmişlər.
Faktla bağlı araşdırma aparılır.

Müzakirə edin
Həmçinin oxuyun:
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.