Təhsil ocağımızın bu şərəfli misiyanı həyata keçirməsi olduqca qürurludur » Yerli İnformasiya Agentliyi
» » Təhsil ocağımızın bu şərəfli misiyanı həyata keçirməsi olduqca qürurludur

Təhsil ocağımızın bu şərəfli misiyanı həyata keçirməsi olduqca qürurludur

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısının rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfər çərçivəsində, bu ölkənin tanınmış liseylərindən olan Dənizlidəki Erbakır Fen lisesi ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar liseyi arasında qarşılıqlı elm və təhsil mübadiləsinin aparılması razılaşdırılmışdır. Bu istiqamətdə təhsil müəssisələri üzərlərinə düşən öhdəlikləri reallaşdırmaqda israrlıdır.

“Bilesuvarinfo”ya bu haqda danışan, Milli Qəhrəman Mübariz İbrahimov adına bağça-məktəb-lisey kompleksinin icraçı direktoru Aqşin Bağırov bildirmişdir ki,  qardaş ölkələrin təhsil işçiləri, müəllim kollektivləri üzərlərinə düşən şərəfli misiyada iştirakdan qürurludurlar: “ Hələ 2022 - ci ilin may ayında Türkiyə nümayəndə heyətinin Biləsuvar rayonuna rəsmi - işgüzar səfəri çərçivəsində liseydə olmuş, qarşılıqlı əməkdaşlıqla bağlı ətraflı fikir mübadiləsi olub.  Biz, Türkiyədə Erbakır Fen liseyi qarşılıqlı münasibətlərin detallarını ətraflı müzakirə edərək razılaşmaya gəldik. Əlaqələrin bundan sonra daha da inkişafı üçün, liseylərin müəllim və şagirdlərin qarşılıqlı elm və təhsil mübadiləsi, müxtəlif bilik yarışmaları və digər tədbirlərin təşkil edilməsi dəqiqləşdirildi. Görüşdə qərara alınmışdır ki, pedaqoji kollektivlərin və şagirdlərinin təşkil olunacaq qarşılıqlı səfərlərində, müxtəlif bilik yarışmaları təşkil edilsin və təcrübələrin bölüşsünlər."

Aqşin Bağırov qeyd emişdir ki, əhalisi bir milyondan artıq olan Dənizli əyalətində təhsil ocağında, digər görüşlədə Türkiyə - Azərbaycan qardaşlığının daha aydın şahidi olduq:

- Böyük qürur hissi ilə bildirilmişdir ki, bu gün, iki dövlət liderləri -  Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində  Türkiyə - Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Azərbaycanın müstəqilliyindən ötən 31 il ərzində Türkiyə - Azərbaycan əlaqələri həmişə yüksək səviyyədə olmuşdur. Bu əlaqələr getdikcə daha da güclənir, daha da dərinləşib. Xüsusilə, bu qardaşlığı Türkiyə dövləti Vətən müharibəəsindəki haqq savaşında yanımızda olmasını bütün dünyaya açıq bəyan edib.

Bəli, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan, tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla davam edir. Artıq qardaş dövlətlərin rayonları bir – biri ilə qardaşlaır. Təhsil sahəsində səmərəli və fəal əməkdaşlığın  qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan ardıcıl  fəaliyyətimiz bundan sonra da ölkələrimizdə elmin və təhsilin inkişafına xidmət edib. Bu gün, təhsil ocağı olaraq bu kimi şərəfli misiyada iştirakdan olduqca qürurluyuq. Yaxın vaxtlarda təhsil ocaqlarının müəllim və şagirdlərin nəzərdə tutulan qarşılıqlı səfərləri reallaşdırılacaq. Həqiqətən bu görüşlər çox yaddaqalan oldu. Atatürk liseyində Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan otağın oması, burada qəhrəmanımızla bağlı fotogüşənin hazılanması qəhrəman türk oğuluna verilən dəyərin daha bir göstəricisidir.  

Görüşdə Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan təhsil müəssisəmizin fəaliyyəti, əldə etdiyi parlaq nəticələr barədə ətraflı məlumat verildi. Şagirlərimizin əl işi olan, taxta üzərində işlədikləri - Biləsuvarın xəritəsi və M. İbrahimovun düşmən üzərinə gedərkən yazdığı məktubun surəti  Dənizlidəki Erbakır Fen lisesiyinə təqdim olundu.

Bu görüşlər müasir dövrdə elm, təhsil sahəsində inteqrasiyanın dərinləşdirilməsinin, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini göstərir. Yüksəkixtisaslı kadr hazırlığı məqsədilə xarici ölkələrin, xüsusilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin davamlı inkişaf etdirildiyi bir zamanda, anlaşmalarımız xüsusi önəm daşıyır.

Bu əlaqələrin təməlində xalqlarımız arasında olan bağlılıqdır, qardaşlıqdır, dostluqdur. Türk dünyasının böyük oğlu, böyük öndər Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”. Bu unudulmaz tarixi kəlamlar bu gün də həm Türkiyə üçün, həm Azərbaycan üçün yol göstərən bir istiqamətdir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan