Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Əliabad məktəbi ilə Çameli məktəbi qardaşlaşıb


Əliabad məktəbi ilə Çameli məktəbi qardaşlaşıb

10 may 2022, Çərşənbə axşamı
1 042
0
Biləsuvar rayonu Malik Piriyev adına Əliabad tam orta məktəbi ilə Çameli Atatürk adına orta məktəb arasında qardaşlaşma protokolunun imzalanma mərasimi keçirilib. 

"Biləsuvarinfo"un
məlumatına görə, imzalanma mərasimi Türkiyə nümayəndə heyətinin Biləsuvar rayonuna rəsmi-işgüzar səfəri çərçivəsində baş tutub.

Protokolu Türkiyə tərəfindən Çameli Atatürk adına orta məktəbin direktoru Bəkir Özdəmir, Azərbaycan tərəfindən isə Biləsuvar rayonu Malik Piriyev adına Əliabad tam orta məktəbinin direktoru Bəsirə Rüstəmova imzalayıb. 

Qeyd edək ki, bu gün Türkiyənin Dənizli şəhərinin Çameli ilçəsinin rəsmi nümayəndələri Biləsuvar rayonuna səfər edib. 

Səfər çərçivəsində Biləsuvar rayonu ilə Türkiyənin Dənizli şəhərinin Çameli ilçəsi arasında qardaşlıq memorandumu imzalanacaq.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan