Ali təhsil müəssisələrinə yüksək nəticə ilə qəbul olunmuş məzunlarla görüş keçirildi - FOTO » Yerli İnformasiya Agentliyi
» » Ali təhsil müəssisələrinə yüksək nəticə ilə qəbul olunmuş məzunlarla görüş keçirildi - FOTO

Ali təhsil müəssisələrinə yüksək nəticə ilə qəbul olunmuş məzunlarla görüş keçirildi - FOTO

Biləsuvar rayonunda, 2021 - 2022-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanların nəticələrinə görə  ali təhsil ocaqlarına qəbulda fərqlənən məzunlarla görüş keçirilib. Görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Şirvan - Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, təhsil müəssisələrinin müəllim və məzunları iştirak edib. 

“Bilesuvarinfo” xəbər verir ki, tələbə adını qazanmış gənclərlə görüşdən öncə rayon rəhbərliyi və təhsil işciləri Heydər Əliyev adına parkda olaraq, Ümummilli Liderin abidəsini ziyarət edib.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tələbə adını qazanan məzunları təbrik edərək onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzuladı. Başçı F. Qürbətov  gənclərə  ruh yüksəkliyinin daimi olmasına, tələbəlik həyatında  çətinlik və qayğılarla rastlaşmış olsalar belə, uğura doğru hər zaman inamlı olmağa çağırdı. O, təhsilin inkişafına göstərilən dövlət qayğısından və bu sahədə əldə edilən uğurlardan söhbət açarkən bildirdi ki, bütün bu işlər savadlı, müasir dünyagörüşlü gəncliyimizin formalaşması üçündür: “ Məhz ölkə Prezidentinin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər təhsil tariximizdə yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır”. 
Şirvan - Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli tələbələri təbrik edərək, onlara gələcək təhsillərində uğurlar arzulayıb. Təhsil islahatlarından, rayonda yeni məktəb binalarının tikintisindən danışan Sənan Mənsimli  qeyd etdi ki, bütün yeniliklərin mərkəzində təhsildə keyfiyyət dayanır: “Dövlət təhsil müəssisələrinin maddi - texniki bazasını möhkəmləndirir, səmərəli fəaliyyətləri yeni imkanlar yaradır, müəllimlərin əmək haqları artırılır. Dövlətin göstərdiyi diqqət və qayğıya biz təhsil işciləri əməli işlərimiz, fərqli uğurlarımızla cavab verə bilərik.. .”

Tədbirdə çıxış edən təhsil işçiləri ümumtəhsil məktəblərini yüksək nailiyyətlərlə başa vuran məzunlarımıza xoş arzularını çatdırdılar. 

Yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlar bundan sonra da daha fəal çalışaraq yüksək biliklər qazanacaqlarını və vətənimizə layiqli şəxsiyyətlər kimi formalaşmaq üçün səylə çalışacaqlarına söz veriblər. 

Tədbirin sonunda 600 - dən yüksək bal toplayaraq ali məktəblərə qəbul olan tələbələrə fəxri fərman və hədiyyələr təqdim olundu. Musiqili proqram təqdim olundu.

Tədbirdə məzunlarla xatirə şəkli çəkdirildi.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan