
Türkiyənin Antalya şəhərində "Peşəyə doğru yol" eTwinning layihəsi həyata keçirilir.
"Bilesuvarinfo" xəbər verir ki, layihənin qurucusu Biləsuvar rayonu R.Mikayılov adına Bəydili kənd tam orta məktəbinin müəllimi, əməkdar müəllim Aybəniz Əhədova və qardaş Türkiyənin Antalya şəhərindəki Akdeniz Birey okulunun müəllimi Sibel Ünlüdür.
Beynəlxalq əhəmiyyətli layihədə Şimali Makedoniyanın 1, Türkiyədən 9 və Azərbaycanın 3 məktəbinin müəllim və şagirdləri birlikdə çalışır. Layihənin adı da maraqlıdır: "Peşəyə doğru yol". Burada "yol" sözü - addım mənasını verir, peşəyə gedən yolu, istiqaməti ehtiva edir.

araşdırmalarını təqdim edib".
Qeyd edək sözügedən layihə 2021-ci il dekabırında Gəncə şəhərində keçirilən "Layihələrdə Texnotəhsil Modeli" regional konfransda təsdiq olunub. Daha sonra, davam edən onlayn tədbirlər layihəyə olan marağı daha da artırıb. Əlamətdar günlərə həsr olunan tədbirlər iki qardaş ölkənin şagirdləri çox böyük coşqu ilə iştirak edib. Fəal iştirakçı olan şagirdlərə sertifikatlar verilib.
Bir - birindən gözəl, onlayn tədbirlər layihənin keyfiyyət və əhatəsini də artırıb. Hazırda, öncə qeyd olunan "Peşəyə doğru yol" eTwinning layihəsi Türkiyədə davam etdirilir. Bütün kollektiv Avropa Keyfiyyət nişanı almaq uğrunda mübarizə aparır.
Bu yolda Aybəniz müəlliməyə, onunla ilə eyni məktəbdə çalışan, coğrafiya müəllimi Nigar Hümmətova və 8 və 9 - cu sinif şagirdlərinə uğurlar diləyirik!
