Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda 6 məktəbin istilik sistemi yenilənir - SİYAHI


Biləsuvarda 6 məktəbin istilik sistemi yenilənir - SİYAHI

13 noyabr 2024, Çərşənbə
524
0
Biləsuvar rayonunda 6 məktəbin istilik sistemi yenilənir.

Bu barədə "Bilesuvarinfo"ya Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, rayonun Dəvrişli və Zəhmətabad kənd tam orta məktəblərində mərkəzi istilik sistemi - qazanxana binası tikilir. Həmçinin şəhər 6 saylı, Təzəkənd, Çaylı və Nərimankənd kənd tam orta məktəblərində kombi-qazla sistemi qurulur.

Həmçinin qeyd olunub ki, indiyə qədər Biləsuvar rayonu üzrə məktəblərdən 14-ü odun, 1-i elektrik, 19-u qaz, bağçalardan 6-sı qaz və 5-i odun istifadə olunmaqla qızdırılıb.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan