Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə təhsil müəssisələrində Bilik Günü qeyd olunub


Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə təhsil müəssisələrində Bilik Günü qeyd olunub

16 sentyabr 2024, Bazar ertəsi
441
0
Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Bilik Günü təntənəli şəkildə qeyd olunub.

"Bilesuvarinfo" xəbər verir ki, bu tədbirlərdən biri də Biləsuvar rayonu Aşağı Cürəli kənd O.Babayev adına tam orta məktəbdə baş tutub.

Tədbirdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, rayon təhsil sektorunun əməkdaşları, şəhid ailələri, məktəb rəhbərliyi, müəllim, valideyn və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Məktəbin direktoru Ramil Əsədov şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb. R.Əsədov yeni dərs ilində təhsil müəssisəsinin qarşıya qoyduğu məqsədlərdən söz açıb, məktəb məzunlarının qəbul imtahanlarındakı nailiyyətlərindən bəhs edib.

Şirvan-Salyan RTİ-nin müdiri Sənan Mənsimli yeni tədris ili münasibətilə müəllim, valideyn və şagirdləri təbrik edib, şagirdlərə müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.

Şirvan-Salyan RTİ-nin müdiri məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal səriştələrin artırılması, XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, müəllimin dərsdə öyrətmə və öyrənmə mühitini təmin etməsi və digər istiqamətlərin hər birinin qarşıda duran hədəflərdən olduğunu söyləyib. Qeyd edib ki, təhsil müəssisələrimizdə Azərbaycan dilinin tədrisi işininin daha da təkmilləşdirilməsi, ibtidai siniflərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və digər istiqamətlər qarşıdakı əsas məqsədlərdəndir.

Tədbirdən sonra Şirvan-Salyan RTİ-nin müdiri “Yaşıl dünya naminə həmrəylik ili” mövzusuna həsr olunan ilk dərslərdə iştirak edib, müvafiq tövsiyələrini verib.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan