Ali təhsil müəssisələrinə yüksək nəticə göstərərək qəbul olunmuş məzunlarla görüş keçirilib
Ali təhsil müəssisələrinə yüksək nəticə göstərərək qəbul olunmuş məzunlarla görüş keçirilib.
"Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar rayonunda 2023-2024-cü tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edərək respublikamızda və xarici ölkələrdə yerləşən müxtəlif ali təhsil ocaqlarına yüksək nəticə ilə qəbul olunan məzunlarla görüş keçirilib.
Görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar sektorunun müdiri Anar Xammədov iştirak edib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tələbə adını qazanan gəncləri təbrik edərək, onlara şəxsi həyatlarında və təhsildə uğurlar diləyib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıb.
Göstərilən diqqət və qayğıya görə təşəkkür edən məzunlar gələcək planlarından söz açıblar.

Müzakirə edin
Həmçinin oxuyun:

13 sentyabr 2023, Çərşənbə
Yüksək nəticə ilə ali təhsil müəssisələrinə qəbul olunmuş məzunlarla görüş keçirilib

07 sentyabr 2022, Çərşənbə
Ali təhsil müəssisələrinə yüksək nəticə ilə qəbul olunmuş məzunlarla görüş keçirildi - FOTO

06 sentyabr 2022, Çərşənbə axşamı
Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı ali təhsil müəssisələrinə qəbul olunan məzunları təbrik edib
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.