Yüksək nəticə ilə ali təhsil müəssisələrinə qəbul olunmuş məzunlarla görüş keçirilib
Biləsuvar rayonunda 2022-2023-cü tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edərək yüksək nəticə ilə respublikamızda və xarici ölkələrdə yerləşən müxtəlif ali təhsil ocaqlarına qəbul olunan məzunlarla görüş keçirilib. "Bilesuvarinfo"nun məlumatına görə, görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli və məzunlar iştirak edib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tələbə adını qazanan gəncləri təbrik edərək, onlara şəxsi həyatlarında və təhsildə uğurlar diləyib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıb.
Çıxış edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli məzunları təbrik edərək xoş arzularını çatdırıb.
Daha sonra məzunlar göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.
Tədbirdə yüksək nəticə ilə ali məktəblərə qəbul olan tələbələrə fəxri fərman və hədiyyələr təqdim olunub, sonda xatirə şəkli çəkilib.
Müzakirə edin
Həmçinin oxuyun:
05 sentyabr 2023, Çərşənbə axşamı
Biləsuvar müəllimləri Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında iştirak ediblər
07 sentyabr 2022, Çərşənbə
Ali təhsil müəssisələrinə yüksək nəticə ilə qəbul olunmuş məzunlarla görüş keçirildi - FOTO
21 iyun 2022, Çərşənbə axşamı
Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə Biləsuvarda görüş oldu
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.



Türkiyə
Pakistan
İsrail
Azərbaycan