» » Aysel Rəhimlinin daha bir möhtəşəm təhsil uğuru


Aysel Rəhimlinin daha bir möhtəşəm təhsil uğuru

Biləsuvar rayonundan olan tələbə Aysel Rəhimli “Aspire Leaders” proqramına tam təqaüdlə qəbul alıb.

 “Bilesuvarinfo”nun məlumatına görə bu haqda #SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) fecoobok səhifəsində xəbər paylaşılıb. Belə ki, Bakı Ali Neft Məktəbinin (BANM) daha 3 tələbəsi “Aspire Leaders” proqramına tam təqaüdlə qəbul alıb.

Harvard Business School” (Harvard Biznes Məktəbi) tərəfindən təsis edilib. Burada #Harvard Universiteti tərəfindən keçirilən dərs, #mentorluq və professorlarla qarşılıqlı əlaqə imkanları iştirakçılar üçün əl çatan olacaq. Dünyanın 150-dən çox ölkəsindən gənclər öz mədəniyyətlərini təmsil etmək, ölkələrini tanıtmaq, eləcə də əlaqə və #təhsil imkanlarını genişləndirmək fürsəti əldə edəcəklər.

Qeyd edək ki, A.Rəhimli 2021-2022 – ci tədris ilin nəticələrinə görə Biləsuvar rayonunda ən yüksək nəticə göstərərək, Bakı Ali Neft Məktəbinin  tələbəsi adını qazanıb. Həmin il I ixtisas qrupunda ölkə üzrə üzrə ən yüksək nəticəni (400 bal) göstərən 10 nəfər şagirddən biridir. Hazırda Aysel #ABŞ-nin “Headstarter AI” şirkətində proqram mühəndisliyi üzrə təcrübəçi kimi də çalışır. 

Biləsuvar şəhər internat orta məktəbinin məzunu A. Rəhimlinin atası Sərvət Rəhimov keçmiş hərbçidir və hal-hazırda Biləsuvar rayonu Yuxarı Ağalı kənd orta məktəbinin direktorudur. Mərhum jurnalist Əlibala Rəhimovun nəvəsidir. 

“Bilesuvarinfo” kollektivi olaraq parlaq uğuru münasibətilə Ayseli, müəllimlərini və valideynlərlərini  təbrik edirik!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan