Masallı rayonunda “Təlim nəticələri zəif olan təhsilalanların fərdi plan əsasında nəticələrinin yüksəldilməsi” layihəsinin icrası davam edir.
Belə ki, icra planına uyğun olaraq, təcrübə müddətində mentorluq xidməti təşkil edilib. Bu növ yanaşma və dəstək tələbələrin müəllim kimi formalaşması və püxtələşməsində əhəmiyyətli rol oynayacaqdır. Ümumilikdə 24 tələbə üçün mentorluq dəstəyi təşkil olunub.
Qeyd edək ki, layihənin məqsədi əvvəlki tədris illərində buraxılış imtahan nəticələri zəif olan sonuncu kurs tələbələrinin təcrübə keçmələrini təmin etməklə, pedaqoji ixtisaslı məzunların gələcəkdə ucqar rayon və kəndlərdə yerləşən məktəblərdə çalışmalarına motivasiya vermək və maraq artırmaqla, həm müəllimlər, həm də şagirdlər üçün dəyər yaradaraq, təhsilalanların nəticələrinin yüksəldilməsinə dəstək olmaqdır.