Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » "Qərbi Azərbaycana qayıdış" olimpiadasının rayon/şəhər mərhələsi keçirilib


"Qərbi Azərbaycana qayıdış" olimpiadasının rayon/şəhər mərhələsi keçirilib

28 aprel 2024, Bazar günü
1 544
0
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasının ilkin mərhələsi təşkil olunub.

İdarədən "Bilesuvarinfo"ya verilən məlumata görə, ölkə üzrə 9 mindən çox şagirdin iştirak etdiyi olimpiadaya Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 3371 nəfər şagird qatılıb.

İlkin mərhələdə şagirdlərə qapalı test formatında 30 sual təqdim edilib və onların cavablandırılması üçün 70 dəqiqə vaxt verilib. Bu mərhələnin nəticələri əsasında olimpiadanın regional mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaq.

Olimpiadanın final mərhələsinin iyun ayında Naxçıvan Muxtar Respublikasında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə keçirilir.

Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işləri aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan