Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » ““Məktəb evimdir!” – icmanın məktəb həyatında iştirakının genişləndirilməsinə dəstək proqramı” layihəsinin təlimləri keçirilib və layihənin bağlanış mərasimi olub


““Məktəb evimdir!” – icmanın məktəb həyatında iştirakının genişləndirilməsinə dəstək proqramı” layihəsinin təlimləri keçirilib və layihənin bağlanış mərasimi olub

10 yanvar 2024, Çərşənbə
401
0
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan ““Məktəb evimdir!” – icmanın məktəb həyatında iştirakının genişləndirilməsinə dəstək proqramı” layihəsinin təlimləri keçirilib.

Həmçinin layihənin icra planına uyğun olaraq bağlanış mərasimi baş tutub.

Mərasim Kürdəmir rayonu Atakişili kənd tam orta məktəbdə keçirilib. Tədbirdə layihə rəhbəri, layihənin idarəetmə komandası, müəllimlər iştirak edib.

Çıxış edən layihə rəhbəri yekunlaşan layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd “Məktəb evimdir!” proqramı çərçivəsində icma üzvlərini – valideynləri təlimatlandırmaqla icma-məktəb münasibətlərinin inkişaf etdirilməsi üçün təşəbbüslərin həyata keçirilməsi olub.

Tədbirdə çıxış edənlər digər qonaqlar layihənin əhəmiyyətindən söz açıblar. Həmçinin layihənin uğurla yekunlaşdığını vurğulayıblar.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan