Mübariz Liseyinin 13 yaşı tamam olur

Mübariz Liseyi - Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin 13 yaşı tamam olur.
"Bilesuvarinfo" xəbər verir ki, bununla bağlı kompleksdə 13 illik fəaliyyətə həsr olunmuş tədbir keçirilib.
Qeyd edək ki, Mübariz Liseyi 2010-cu ildə fəaliyyətə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2010- cu ilin 22 iyulunda Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi (ölümündən sonra) barədə sərəncam imzalamışdır. Dövlət başçısının həmin gün imzaladığı başqa bir sərəncam isə Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsidir.
29 sentyabr 2010-cu ildə Biləsuvar şəhərindəki Lisey- Məktəb Kompleksinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun adı verilmişdir. Kompleksimiz 18 oktyabr 2010-cu ildən fəaliyyət göstərir.
Bu təhsil müəssisəsi öz fəaliyyətində şagirdlərə milli və bəşəri dəyərləri, vətəndaşlıq şüurunu aşılamaq , hər şagirdin şəxsiyyətini və yaradıcı potensialını inkişaf etdirmək, müstəqil həyata hazır intellektuallar yetişdirmək , liderlik keyfiyyətlərini təlqin etmək və s. kimi dəyərləri əsas götürür.
Müzakirə edin
Həmçinin oxuyun:
26 aprel 2023, Çərşənbə
Mübariz Liseyi Azərbaycan Dövlət Pedaqoji Universitetlə memorandum imzalayıb
18 aprel 2023, Çərşənbə axşamı
Mübariz liseyinin rəhbərliyi və şagirdləri Bakı Ali Neft Məktəbində olublar
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.





Türkiyə
Pakistan
İsrail
Azərbaycan