» » Mübariz liseyinin rəhbərliyi və şagirdləri Bakı Ali Neft Məktəbində olublar


Mübariz liseyinin rəhbərliyi və şagirdləri Bakı Ali Neft Məktəbində olublar

Milli Qəhrəman Mübariz İbrahimov adına Təhsil Kompleksinin rəhbərliyi və şagirdləri Bakı Ali Neft Məktəbində olublar.

"Bilesuvarinfo" xəbər verir ki, Mübariz İbrahimov adına Təhsil Kompleksinin rəhbərliyi və şagirdləri SOCAR-ın Bakı Ali Neft Məktəbinə səfərləri çərçivəsində BANM-ın rektoru Elmar Qasımovla görüşüblər.

Görüşün Ali Məktəblə Kompleks arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində reallaşdığını qeyd edən rektor onları BANM-də görməkdən məmnunluğunu bildirib: “Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi Azərbaycanın qürur yeridir. Burada təhsil almaq şərəfli, eyni zamanda məsuliyyətlidir. Sizin də gələcəkdə BANM-in tələbəsi adını qazanmanız bizi sevindirər”.

BANM-in SOCAR-ın strukturunda yaradıldığını xatırladan Elmar Qasımov burada ingilisdilli peşəkar kadrlar yetişdirildiyini qeyd edib. O bildirib ki, bu Ali Məktəbin tələbə və məzunları ölkəmizin ən dəyərli insan kapitalları arasındadır.

Kompleksin İcraçı direktoru Aqşin Bağırov qarşılanma və qonaqpərvərliyə görə təşəkkür edib.

Görüşdə, həmçinin BANM-in ixtisasları və keçid balları, tədris prosesi, fəaliyyət istiqamətləri, illər üzrə ümumi statistik göstəriciləri, əməkdaşlıq etdiyi xarici şirkətlər və ali təhsil müəssisələri, tədris proqramları, daxili intizam qaydaları, yerli və transmilli şirkətlərdə təşkil olunan təcrübə proqramları, seminarlar barədə ətraflı məlumatlar verilib.

Sonra Kompleksin kollektivi kampusla tanış olub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi