Balakən rayon Qazma 2 tam orta məktəbində “İbtidai sinif üzrə müəllim və valideynlərin təlimatlandırılması ilə məktəbdə psixososial durumun yaxşılaşdırılması” layihəsinin təlimləri davam edir.
Layihə rəhbəri Lamiə Arıxovanın verdiyi məlumata görə təklif olunan layihənin əsas məqsədi İbtidai sinif müəllimlərinin və valideynlərinin uşaqlara qarşı düzgün yanaşma üsullarının aşılanması, erkən yaşlardan başlayaraq uşaqların mənəvi cəhətdən daha sağlam inkişaf etməsi üçün bu istiqamətdə peşəkar formada təlimatlandırılması ilə məktəbdə psixososial durumun yaxşılaşdırılmasına dəstək verməkdən ibarətdir.
Məktəbdə Psixososial durumun yaxşılaşdırılmasına dair təlimlər, müəllim və valideynlərin məkətəbə yeni qədəmlərini qoymuş uşaqlarla ünsiyyət qurmaq üsullarının öyrənilməsi, ibtidai sinifdə şagird nailiyyətlərinin inkişafı, uşaqların psixoloji təhlükəsizliyinin öyrənilməsi, uşaqlarım sosial cəhətdən inkişaf etməsi layihənin vəzifələri hesab edilir.
Layihənin icra müddəti 3 ay olmaqla 15 sentyabr – 15 dekabr tarixlərini əhatə edəcək.
Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyinin inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində qalib olub.
- 25 noyabr, 10:16
- 331 dəfə oxunub
- 0