Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda qız uşaqları doğulmuş bu ailələrə hədiyyələr verildi


Biləsuvarda qız uşaqları doğulmuş bu ailələrə hədiyyələr verildi

12 oktyabr 2024, Şənbə
1 340
0
Biləsuvarda “Yeni doğulmuş qız övladları üçün qutu” layihəsinə start verilib. 

"Bilesuvarinfo"
xəbər verir ki, layihə çərçivəsində Biləsuvarda cari ilin iyul və avqust aylarında qız uşaqları doğulmuş ailələrə içərisində körpə uşaqlar üçün ləvazimatlar, geyim dəsti və uşağa qulluq və onun ilkin tərbiyəsi ilə bağlı maarifləndirici təlimat olan qutu təqdim olunub. 

Qeyd edək ki, layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Dəstək Mərkəzi tərəfindən keçirilir.

Məqsəd uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasının stimullaşdırılması, qız uşaqlarının doğulduğu ailələrə dəstək göstərilməsidir.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan