Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Həmyerlimiz Türkiyədə hərbiçilər arasında yarışda I yeri tutub


Həmyerlimiz Türkiyədə hərbiçilər arasında yarışda I yeri tutub

30 may 2022, Bazar ertəsi
1 944
0
Həmyerlimiz Türkiyə Quru Qoşunlarının Ali Hərbi Məktəbin yarışmasında birincilik əldə edib.

"Bilesuvarinfo"
xəbər verir ki, "Dəmir Adam" adlı yarışmada I kurs kursantı İmanov Əkbər Cavanşir oğlu I yeri tutub.  Məlumata görə, yarışda ümumilikdə 850 kursant iştirak edib.  

Qeyd edək ki, Ə. İmanov  Biləsuvar şəhərində hərbiçi ailəsində böyüyüb. Atası ehtiyyatda olan zabit, mayor İmanov Cavanşir Hüseyağa oğlu  25 il Vətənə xidmət göstərib. Birinci Qarabağ müharibəsi veteranı, qazisidir.
Oğlu Əkbər İmanov  2019 cu ildə Cəmşid Naxçıvancki adına Hərbi Liseyə yüksək nəticə ilə - 467 balla qəbul olub. Oranı, sanra qəbul olduğu Heydər Əliyev  adına Hərbi Məktəbi yüksək nəticələrlə başa vurub.

Əkbərin savad və bacarığı onun peşəkar hərbiçi kimi gələcəyinə böyük ümüdlər yaradıb. O, hazırda Türküyə Kara Harp okulunda təhsil alır.Həmin məktəbdə  hərbiçilər arasında keçrilən Dəmir Adam yarışının qalibi olmuşdur.

Ailənin böyüyən digər oğul övladı da hərbiçi peşəsini seçib.
Eşq olsun!.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan