- 22 aprel, 19:21
- 685 dəfə oxunub
- 0
Azərbayçan-Qırğızıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qalxır
1993-cü ilin dekabrında Türkmənistanda MDB Dövlət Başcıları Şurasının iclası zamanı ulu Öndər Heydər Əliyevlə Qırgızıstan Prezidenti Əsgər Akayevin ikitərəfli görüşü kecirilib.Görüş zamanı iki ölkə arasında münasibətləri möhkəmlətmək ücün ənənələrin, mədəniyyətin, dinin ümumiliyi, dil yaxınlıgı kimi möhkəm bünövrənin oldugunu vurgulayıb.
Azərbaycan-Qırgızıstan münasibətləri strateji tərəfdaşlıgıq səviyyəsinə catıb.Hər iki ölkənin xalqları eyni soykökə, mədəniyyətə, ənənələrə sahibdir.Dövlət başcılarının qarşılıqlı
səfərləri ölkələrimiz arasında münasibətləri qardaşlıq,əməkdaşlıq səviyyəsinə yüksəltmişdir.
Unutmamalıyıq ki, eynisoykökə malik olmagımızla yanaşı,eyni zamanda hər
iki xalqın uzun illər Sovet İmperiyası tərkibində olması da bu münasibətlərin
möhkəmlənməsində əsaslı rol oynamışdır.SSRİ-nin süqutundan sonra ölkələrimiz arasında diplomatik əlaqələr 1993-cü ildən başlanıbdır.Prezident İlham Əliyevin respublikamıza
rəhbərliyi illərində bu strategiyaya sadiqliyi nəticəsində Azərbaycan türk dünyasının aparıcı ölkələrindən birinə cevrildi.
Hazırda ölkələrimiz arasında əlaqələr durmadan inkişaf etməkdədir.Dövlət başcılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlıgın daha da genişlənməsinə şərait yaradır.
19 aprel 2022-ci il tarixdə Qirgızıstan Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi
səfəri və dövlətimizin başcısı ilə kecirilən səmərəli görüş sonrası hər iki dövlət başcısının aprelin 20-də mətbuata birgə bəyanatla cıxış etmələri bir daha iki qardaş və dost ölkənin
münasibətlərinin yüksək səviyyədə oldugunun bariz sübutu idi. Səfər cərcivəsində iki dövlət
arasında imzalanmış 10-a yaxın sənəd icərisində Strateji Tərəfdaşlıq haqqında
Bəyənnamənin və Dövlətlərarası Şuranın yaradılması haqqında Memerandumun imzalanması xüsusi əhəmiyyət kəsb edir.
Məhz imzalanmış bu sənədlər iki dövlət arasında davam edən qarşılıqlı
münasibətləri daha da möhkəmləndirəcək, eyni zamanda əməkdaşlıq səviyyəsinin yüksəlməsinə və dövlətlərin bir-birinə olan dəstəyinin daha da artmasına gətirib cıxaracaqdır.İki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafı nəticəsində ticari-iqtisadi sahədə əməli əməkdaşlıq ücün geniş imkanlar yaradılıbdır. Belə bir əlverişli mühit bu dövlətlər arasında iqtisadiyyatın liberallaşdırılmasına yönələn addımların atılması zəruriliyini önə cıxarıb. Buna görə də Qırgızıstan Respublikasının dövlət başcısı Azərbayçanın biznes dairələrini qardaş ölkədə azad iqtisadi zonaların,güzəştli vergi və gömrük rejimlərinin öyrənilməsinə diqqəti artırmaga dəvət edib.
Ölkəmiz tək regionda deyil, türk dünyasında da aparıçı mövqeyini qoruyaraq, mühüm addımlar atır,təşəbbüslər göstərir. Bütün bu diplomatik ugurlar isə Prezident İlham Əliyevin müdrik siyasi fəaliyyəti nətiçəsində davam edən iqtisadi inkişafla vəhdət təşkil edərək, Azərbayçanı lider ölkələr sırasına cıxarır.
Atəş Məmmədli,
YAP Biləsuvar rayon təşkilatının əməkdaşı