
Rafail Quliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.
"BİLESUVARİNFO.AZ" xəbər verir ki, Rafail Quliyev 1967-ci ildə Biləsuvar rayonunda anadan olub. 1988-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” fakültəsini bitirib. Uzun illər kənd təsərrüfatı sahəsində çalışıb.
Əmək fəaliyyətinə Biləsuvar rayonunda başlayan R.Quliyev rayonda müxtəlif vəzifələrdə çalışıb. 2016-2018-ci illərdə Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi olub. 2018-ci ilin sentyabrın 3-də Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Rafail Quliyev əvvəllər Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışıb. Daha sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini təyin edilib.
Ailəlidir, 4 övladı var.