Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Ramil Mirzəyev YAP Xətai rayon təşkilatının sədri seçildi


Ramil Mirzəyev YAP Xətai rayon təşkilatının sədri seçildi

06 noyabr 2024, Çərşənbə
2 389
0
Bu gün  Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib.

“Bilesuvarinfo”
xəbər verir ki, iclasda YAP Xətai rayon təşkilatının sədrinin təyin olunması məsələsinə baxılmış və müvafiq qərar qəbul olunub. Qərara əsasən Ramil Kamil oğlu Mirzəyev YAP Xətai rayon təşkilatının sədri vəzifəsinə təyinat almışdır. 

Qeyd edək ki, Ramil Kamil oğlu Mirzəyev 1977-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. Aşağı Cürəli kənd tam orta məktəbində orta təhsil, Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə ali təhsil almışdır.

R.Mirzəyev YAP Biləsuvar rayon təşkilatında məsləhətçi, Biləsuvar Rayon İcra Hakimiyyətində böyük məsləhətçi, Qubadlı Rayon Məhkəməsində hakim köməkçisi və YAP Mərkəzi Aparatında kurator vəzifələrində çalışıb. 

Ailəlidir, bir övladı var.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan