» » Bu gün Vətən müharibəsinin başlamasından dörd il ötür


Bu gün Vətən müharibəsinin başlamasından dörd il ötür


Bu gün Vətən müharibəsinin (İkinci Qarabağ) müharibəsinin başlamasından dörd il ötür.

“Biıesuvarinfo” xəbər verir ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Bununla əlaqədar olaraq saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.


27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silah və ağır artilleriyalardan istifadə edərək Azərbaycanın bir sıra yaşayış məntəqələrini, həmçinin hərbi mövqelərini atəşə tutub. Buna cavab olaraq “Dəmir yumruq” adlı əks-hücum əməliyyatı başlayıb, ölkədə hərbi vəziyyət elan olunub və 28 sentyabr Azərbaycanda qismən səfərbərlik elan edilib. 

44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində 5 şəhər və 4 qəsəbə, ümumilikdə isə 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edilib. Azərbaycan ordusu həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində yerləşən strateji yüksəklikləri də erməni işğalçılarından təmizləyib.
2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyanat imzalayıblar. Sənədə əsasən, həmin ilin 20 noyabr tarixində Ağdam, noyabrın 25-də Kəlbəcər və dekabrın 1-də Laçın rayonları Azərbaycana qaytarılıb.

İkinci Qarabağ müharibəsində Azərbaycanın 2908 hərbi qulluqçusu şəhid olub, 6 hərbi qulluqçusu isə itkin düşüb.

2020-ci il dekabrın 2-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 27-si ölkədə Anım Günü kimi qeyd olunur.

Allah şəhidlərimizə rəhmət eləsin!




Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR