» » Üçtərəfli Zirvə Görüşü türk dünyası birliyini, həmrəyliyini möhkəmlənirəcək


Üçtərəfli Zirvə Görüşü türk dünyası birliyini, həmrəyliyini möhkəmlənirəcək

Azərbaycan, Türkiyə və Türkmənistan birliyi türk dünyasının gücünü daha da artıracaq

Türkdilli dövlətlərlə əlaqələrin müxtəlif sahələr üzrə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biridir. Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Türkmənistanın Türkmənbaşı şəhərində Üçtərəfli Zirvə Görüşü bir daha türk dünyası birliyinin, həmrəyliyinin möhkəmləndirilməsinin önəminə işıq saldı. Hər üç ölkə bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş bu münasibətlər ölkələr arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Zirvə Görüşü türkdilli dövlətlər arasında mövcud olan sıx əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti nümunəsidir.

Bundan əlavə həm də bu ölkələrin bir birilə siyasi əlaqələri yüksək səviyyədədir. Belə ki, 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə də imzalanıb. Eləcə də Azərbaycan və Türkiyə arasında keçən il imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. Hər üç ölkə hər zaman beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir.

Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş xarici siyasət ölkəmizin beynəlxalq əlaqələrinin davamlı olaraq inkişafını təmin edir. Ölkəmizin türk dövlətləri ilə yüksək səviyyədə olan əlaqələri də buna əyani sübutdur. Dekabrın 14-də dövlət başçısı İlham Əliyevin ikinci dəfə Türkmənistana səfəri, səfər çərçivəsində Türkiyə və Türkmənistan Prezidentləri ilə təkbətək görüşü, həmçinin Azərbaycan-Türkiyə-Türkmənistan formatında görüş türk dünyasının gələcəyi üçün mühüm hadisə kimi dəyərləndirildi. Atılan hər yeni addım münasibətlərdə yeni mərhələnin əsasıdır. Üçtərəfli Zirvə Görüşü zamanı, imzalanmış sənədlər də mövcud əlaqələrlə yanaşı digər sahələrdə də əməkdaşlıqlara əsas verəcək. Belə ki, imzalanmış sənədlər elm, təhsil, mədəniyyət, gömrük, energetika və nəqliyyat sahələrində əməkdaşlıqları genişləndirmək üçün hüquqi baza rolunu oynayacaq.

Azərbaycan, Türkiyə və Türkmənistanın böyük uğurlara imza atdığı sahələrdən biri nəqliyyat-logistika sektorudur. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edir. Artıq Azərbaycan önəmli tranzit ölkəsinə çevrilib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra edib. 

Postmünaqişə dövrünün yeni reallıqları, xüsusilə  Orta dəhlizin mühüm tərkib hissəsi olacaq Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasındakı bağlılığı daha da  möhkəmləndirəcək.  Prezident İlham Əliyev Zirvə Görüşündə çıxışı zamanı diqqəti Zəngəzur dəhlizinin açılması məsələsinə yönəldərək bildirdi ki, hazırda dəhlizin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Belə ki, bu dədlizin açılması regionda yeni nəqliyyat-kommunikasiya işbirliyi üçün əlverişli şərait yaradacaq.

Əminliklə deyə bilərik ki, liderlərin görüşü, imzalanan yeni sazişlər Azərbaycan, Türkiyə və Türkmənistan əməkdaşlığının daha da genişlənməsinə real zəmin yaradacaq. Prezident cənab İlham Əliyevin Zirvə görüşündə səsləndirdiyi kimi, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələr arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcəkdir.

Samir Ağayev,
YAP Biləsuvar rayon təşkilatının əməkdaşı
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR