Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvardan gedən nümayyəndələr Türkiyədə toxuculuq emalatxanası ilə işlə tanış olub


Biləsuvardan gedən nümayyəndələr Türkiyədə toxuculuq emalatxanası ilə işlə tanış olub

26 avqust 2022, Cümə
617
0
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətovun rəhbərliyi ilə Türkiyə Respublikasında səfərdə olan nümayəndə heyəti, Çameli şəhərindəki Parça və Kilim Toxuculuq emalatxanasına gedib.

“Bilesuvarinfo” xəbər verir ki, nümayəndə heyəti Çameli Kaymakamı Kərəm Yenigün və Çameli bələdiyyə başkanı Cengiz Arslanla birlikdə Çameli Elmalı məhəlləsində, şəhərin tarixi keçmişini və adət ənənələrini özündə əks etdirən Parça və Kilim Toxuculuq emalatxanası ilə tanış olub.
Emalatxana ilə tanışlıqda qonaqlar işçilərlə görüşüb,  burada əllə toxunan yüksək keyfiyyətli xalılara, müxtəlif  sənətkarlıq nümunələrinə baxış keçirib.

Emalatxana Çamelinin tarixi keçmişini, özünəməxsus adət-ənənələri və mədəniyyətini əks etdirən zəngin sənətkarlıq nümunələrinə sahibdir.

Biləsuvardansəfərdə olan nümayəndə heyətimiz daha sonra “Hayri Dev” Mədəniyyət Mərkəzində təşkil olunmuş rəsm sərgisinə qatılıb. 

Qeyd edək ki, səfər 8-ci Beynəlxalq Mədəniyyət, Turizm, Kənd Təsərrüfatı və Təbiət İdman Festivalı çərçivəsində həyata keçirilir.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan