Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətovun rəhbərliyi ilə Türkiyə Respublikasında səfərdə olan nümayəndə heyəti, Çameli şəhərindəki Parça və Kilim Toxuculuq emalatxanasına gedib.
Emalatxana ilə tanışlıqda qonaqlar işçilərlə görüşüb, burada əllə toxunan yüksək keyfiyyətli xalılara, müxtəlif sənətkarlıq nümunələrinə baxış keçirib. 






