Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » » Sinif yoldaşları dostlarının şəhadətinin 28 - ci ilində


Sinif yoldaşları dostlarının şəhadətinin 28 - ci ilində

17 aprel 2022, Bazar günü
1 022
0
Bu gün Biləsuvarın Səmədabad kəndindən  iki gəncin  şəhadətə yüksəldiyi gündür.

"Bilesuvarinfo" xəbər verir ki, səmədabadlı şəhidlərin şəhadəti günündə onların məzarı kəndliləri tərəfindən ziyarət olunub.

Səmədabad kənd tam orta məktəbinin 1989 cu il məzunları kənddə olan Heydər Əliyev parkına gələrək şəhidlərinin abidə kompleksini də ziyarət edib. 
Onlar birinçi Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan sinif  yoldaşları - Ələddin Məmmədov və Elxan Əhədovla bağlı xoş xatirələrdən, vətənpərvərliklərindən  danışıb.


Qeyd edək 28 il öncə orta məktəbi bitirən sinif yoldaşlarını bir araya toplayan Abuzər Əhədov idi. O, qeyd etmişdir ki, republikamızın hər yerində olduğu kimi bizim kəndimiz öz qəhrəmanları ilə öyünür. Kəndimiz 8 şəhid verdi, çox sayda qazi və veteranlarımız var. Məhz həmin şəhdlərdən iki nəfəri, vətənin çətin günündə bizim aramızdan cəbhəyə yola düşdü. Bir nəfərimiz - Təvəkkül Hüseynov qazi oldu. Şamil İsayev, Quluyev Malik İnşəllah oğlu isə Qarabağ müharibəsinin veteranlarıdır.

Bu gün qürur duyuruq ki, Ələddin, Elxan kimi qəhrəman vətən oğullların qanı yerdə qalmadı. Ali Baş Komadanın rəhbərliyi altında güclü ordumuz 30 illik işğala son qoydu.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan