"Tanı və Tanıt"

20 Yanvar” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Tanı və Tanıt" layihəsi çərçivəsində Biləsuvar şəhəri  Gənclər evində  növbəti tədbir keçirib.

"Bilesuvarinfo" xəbər verir ki, layihə çərçivəsində baş tutan tədbir Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrin mənsubu kəşfiyatçısı,  Vətən müharibəsinin 18 yaşlı şəhidi Mirişli Şəhriyar Bəxtiyar oğluna həsr olunmuşdur.

Tədbirdə RİH-nin rəsmiləri, ictimai birlik rəhbərləri qazilər, müharibə veteranları,məktəbli yeniyetmələr iştirak edib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Sultan Əzimzadə layihənin məqsədi barəsində məlumat verib. Bildirib ki, layihənin məqsədi ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, eləcə də vətənpərvərlik yönümündə maarifləndirmə işlərini daha da genişləndirməkdir.

“20 Yanvar” İB-in sədr müavini polkovnik Xətai Baxışov  qeyd edib ki, Mübariz İbrahimov ruhda yetişən gənclərimiz arasında vətənpərvərlik hissləri yetərincə vardır, bu özünü  44 günlük haqq savaşında parlaq şəkildə göstərdi, lakin bu yönümdə davamlı olaraq təbliğat və maarifləndirmə işlərinin görülməsi vacibdir.

Tədbir boyu  müxtəlif qonaqlar  çıxışları zamanı Xüsusi Təyinatlı Qüvvələrin mənsubu kəşfiyatçı,  Vətən müharibəsi şəhidi Mirişli Şəhriyar Bəxtiyar  oğlunun keçdiyi qısa və mənalı döyüş yolu haqqında ürək dolusu danışmış, onun qəhrəmanlıq şücaətlərindən söhbət açılmışdır.

Tədbirin gedişatında qonaqlara layihə çərçivəsində hazırlanıb çap olunan bukletlər və kitabçalar paylanılıb.

Qeyd edək ki, Vətən müharibəsinin ən gənc - 18 yaşlı biləsuvarlı şəhidi Mirişli Şəhriyar ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandanın sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın, Füzulinin, Kəlbəcərin, azad olunmasına görə" medalları, "3-cü dərəcəli Rəşadət ordeni" və "Şücaətə görə" medalı ilə təltif olunub. 

Hazırda şəhidimizin yaşadığı küçə onun adını daşıyır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR