» » » Tovuz döyüşləri şəhidinin anım günündə xatirəsi yad edildi


Tovuz döyüşləri şəhidinin anım günündə xatirəsi yad edildi

 
İyul ayının 13-də Biləsuvar rayonunun Aşağı Cürəli kəndində şəhid Mahmudov Rəşad Rəşid oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olundu. 

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin  şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və yaxınlarına baş sağlığı verilmişdir. 
          
Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun zabiti olmuş şəhid baş leytenant Mahmudov Rəşad Rəşid oğlu 2 iyul 1992-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur.  1999-2007-ci illərdə O.Babayev adına Aşağı Cürəli kənd tam orta məktəbində, 2007-2010-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə və 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil almışdır. Ali Hərbi Məktəbi bitirdikdən sonra leytenant rütbəsi ilə Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətə başlamışdır. 2016-cı ilin “Aprel döyüşləri”ndə iştirak etmiş və Talış kəndi istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmanlıqla vuruşmuşdur. 2020-ci ilin iyul ayının 12-də başlayan “Tovuz döyüşləri”nin iştirakçısı olan baş leytenant Rəşad Mahmudov iyulun 13-də döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. İyul ayının 13-də Aşağı Cürəli kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən şəhid şəhid baş leytenant Mahmudov Rəşad Rəşid oğlu ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.
          
Allah şəhidlərimizə rəhmət eləsin!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan