» » » Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi yad edildi


Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi yad edildi



Mart ayının 10-da Biləsuvar rayonunun Nəsimi kəndində şəhid Yoldaşov Alim Mirzə oğlunun doğum günü ilə əlaqədar ailəsi ziyarət olundu. 

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin  şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir. 

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Yoldaşov Alim Mirzə oğlu 10 mart 1997-ci ildə Biləsuvar rayonun Nəsimi kəndində anadan olmuşdur. 2003-2014-cü illərdə Nəsimi kənd tam orta məktəbində təhsil almış və 2015-2017-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində könüllü olaraq iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 28 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonun Nəsimi kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Yoldaşov Alim Mirzə oğlu ölümündən sonra "Vətən uğrunda",  "Füzulinin azad olunmasına görə"  və "Cəsur döyüşçü" medalları ilə təltif edilib. 

Allah şəhidlərimizə rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR