» » » Vətən Müharibəsi Qəhrəmanının doğum günündə xatirəsi yad edildi


Vətən Müharibəsi Qəhrəmanının doğum günündə xatirəsi yad edildi



Fevral ayının 6-da Biləsuvar rayonunun Aşağı Cürəli kəndində “Vətən Müharibəsi Qəhrəmanı”, şəhid kapitan Mahmudov Cavid Hilal oğlunun doğum günü ilə əlaqədar ailəsi ziyarət olundu. 

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin  şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir. 

Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun kapitanı olmuş “Vətən Müharibəsi Qəhrəmanı”, şəhid Mahmudov Cavid Hilal oğlu 6 fevral 1989-cu ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur. 1995-2006-cı illərdə Aşağı Cürəli kənd tam orta məktəbində təhsil almışdır. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil almış və 2010-cu ildən başlayaraq Silahlı Qüvvələrin "N" saylı hərbi hissələrində hərbi xidmət  etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid kapitan Mahmudov Cavid Hilal oğlu ölümündən sonra Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi - “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Ölümündən sonra adı əbədiləşdirilərək Biləsuvar rayonu Uşaq-Gənclər İdman-Şahmat məktəbinə verilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR