» » » Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edildi


Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edildi



Yanvar ayının 18-də Biləsuvar rayonunun Əsgərabad kəndində şəhid Abıyev İlkin İslam oğlu və Günəşli kəndində şəhid Baloğlanlı Elşad Elşən oğlunun doğum günləri ilə əlaqədar ailələri ziyarət olundu. 

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin  şərəfli döyüş yolundan söz açılaraq xatirələri yad edilmiş, ruhlarına dualar oxunmuş və valideyinlərinə baş sağlığı verilmişdir. 

Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid Abıyev İlkin İslam oğlu 18 yanvar 1995-ci ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olmuşdur. 2002-2013-ci illərdə Əsgərabad kənd tam orta məкtəbində təhsil almış 2013-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamışdır.  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş və Daşkəsən rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Abıyev İlkin İslam oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Ölümündən sonra adı əbədiləşdirilərək Əsgərabad kənd küçələrindən birinə verilmişdir.

Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Baloğlanlı Elşad Elşən oğlu 18 yanvar 2002-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur. 2020-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağrılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 18 noyabr 2020-ci il tarixində Günəşli kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Baloğlanlı Elşad Elşən oğlu ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə", medalları ilə təltif edilib. Ölümündən sonra adı əbədiləşdirilərək Günəşli kənd küçələrindən birinə verilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR