» » » Vətən müharibəsi şəhidinin anım günündə xatirəsi yad edildi


Vətən müharibəsi şəhidinin anım günündə xatirəsi yad edildi





Noyabr ayının 11-də Biləsuvar şəhərində şəhid Mirzəyev Sarvan Əli oğlunun anım günü ilə əlaqədar ailəsi ziyarət olundu. 

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin  şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir. 

Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid Mirzəyev Sarvan Əli oğlu 1 yanvar 1995-ci ildə Yardımlı rayonun Zevin kəndində anadan olmuşdur. 2013 cü ilin oktyabr ayında Qusar şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlamış və  2015-ci ilin aprelində xidmətini başa vuraraq təxris olumuşdur. 2019-cu ilin aprel ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq yenidən orduya qayıtmış və Naxçıvanda yerləşən N saylı hərbi hissədə xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş və Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 11 noyabr 2020-ci ildə Biləsuvar şəhər qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Mirzəyev Sarvan Əli oğlu ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Şəhid Sarvan Mirzəyev ailəli olub, 1 qız övladı dövlətimizə və xalqımıza əmanətdir. Onun adı əbədiləşdirilərək Biləsuvar şəhər küçələrindən birinə verilmişdir.

Allah şəhidlərimizi rəhmət eləsin!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan