Oktyabr ayının 29-da Biləsuvar rayonun Günəşli kəndində şəhid Abdullazadə Teymur Faiq oğlunun anım günü ilə əlaqədar ata ocağı ziyarət olundu.
Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin ruhuna dualar oxunmuş və valideynlərinə baş sağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Abdullazadə Teymur Faiq oğlu 24 iyun 2001-ci ildə Biləsuvar rayonun Günəşli kəndində anadan olmuşdur. O, 2019-cu ildə həqiqi hərbi xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş və Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 29 oktyabr 2020-ci il tarixində Günəşli kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Abdullazadə Teymur Faiq oğlu ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!