Oktyabr ayının 27-də Biləsuvar rayon Ağalıkənd kəndində şəhid Məmmədov Elyar Elbəyi oğlunun anım günü ilə əlaqədar ailəsi ziyarət olundu.
Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin ruhuna dualar oxunmuş və qardaşına baş sağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid Məmmədov Elyar Elbəyi oğlu 22 avqust 1190-ci ildə Biləsuvar rayon Ağalıkənd kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş və Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 27 oktyabr 2020-ci il tarixində Biləsuvar rayon Ağalıkənd kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Məmmədov Elyar Elbəyi oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir. Şəhid Elyar Məmmədov ailəli olub. 1 oğul və 1 qız övladı dövlətimizə və xalqımıza əmanətdir. Onun adı əbədiləşdirilərək Ağalıkənd kəndində küçələrdən birinə verilmişdir.
Allah rəhmət eləsin!